Ana səhifə
24 Aprel 2018

Həbs edilən şahzadələrdən biri azadlığa buraxıldı- 1 milyard dollar qarşılığında

Şahzadə Mitab həbs edilən 200 nəfər arasında ən böyük siyasi fiqur kimi göstərilirdi

 Səudiyyə Ərəbistanında 4 noyabrdan etibarən başladılan həbs əməliyyatları çərçivəsində tutulan şahzadələrdən biri azadlığa buraxılıb. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, sabiq kral Abdullahın oğlu şahzadə Mitab ibn Abdullah 1 milyard dollar qarşılığında sərbəst buraxılıb.
Bu barədə “Routers” agentliyinə vəzifədən sui-istifadə əməliyyatlarında iştirak edən və adı açıqlanmayan səlahiyyətli bir şəxs məlumat verib. O, 65 yaşlı şahzadənin sui-istifadə iddialarını qəbul etdiyini də qeyd edib. Onun haqqında qaldırılan iddialar arasında həm də şəxsi hesabına gizli pul keçirmək, saxta işçilər tutmaq və 10 milyard dollarlıq hərbi ləvazimatlar barədə razılaşmalar əldə etmək mövcuddur.

Qeyd edək ki, şahzadə Mitab həbs edilən 200 nəfər arasında ən böyük siyasi fiqur kimi göstərilirdi.

Tarix
29 Noyabr 2017 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ