İranlı deputat: Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır

13:46 - 29 Noyabr 2017 - SİYASƏT

İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.
 

Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.
 

O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.

Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.

Xəbər xətti