Novxanı-Mehdiabad avtomobil yolunun kənarında 2500 ağac əkilib

20:05 - 29 Noyabr 2017 - ÖLKƏ İÇİ

Abşeron rayonunun kənd və qəsəbələrində ağacəkmə aksiyası uğurla davam edir. Növbəti aksiyası Novxanı və Mehdiabad qəsəbələrində aparılıb.

Ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqları qorunmasına yönəltmək məqsədi daşıyan aksiyada rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Novxanı-Mehdiabad avtomobil yolunun kənarı tullantılardan təmizlənib, çinar, zeytun və digər növ ağaclar əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.


Xəbər xətti