Ana səhifə
17 Yanvar 2018

Azərbaycan dünyanın 30-a yaxın ölkəsinə enerji ehtiyatları ixrac edir

Azərbaycan dünyanın təxminən 30 ölkəsinə neft, qaz və neft məhsulları ixrac edir.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Aşqabadda keçirilən Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı enerji təminatı və nəqliyyat marşrutlarının şaxələndirilməsi məqsədilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr edilmiş 28-ci sessiyasında bildirib.

Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan layihələrdən danışan nazir müavini bildirib ki, bu layihələr Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. N.Abbasov deyib: “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz kəməri vasitəsilə Xəzər dənizinin enerji ehtiyatları yaxın region ölkələrinə və Avropaya nəql edilir. Bu da enerji ehtiyatlarının dünya bazarlarına ixracının inkişafı ilə yanaşı, ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün strateji əhəmiyyətə malikdir”.

Enerji Xartiyası Konfransının işində müvafiq sahə nazirliklərinin, 49 iştirakçı və müşahidəçi ölkənin, 12 beynəlxalq və regional təşkilatın, 14 iri enerji şirkətinin rəhbər və nümayəndələri, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak edirlər.

Tarix
29 Noyabr 2017 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ