Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

12:35 - 29 Noyabr 2017 - SİYASƏT

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Ucnoqta.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Xəbər xətti