Ana səhifə
19 Sentyabr 2018

Sabahın havası - yağış, sulu qar

Noyabrın son günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tarix
29 Noyabr 2017 [12:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin