Ana səhifə
15 Noyabr 2018

"SOCAR Polymer" polipropilen qurğusunu gələn ilin mayında işə salacaq

2018-ci ilin may ayında Sumqayıtda inşa olunan "SOCAR Polymer" zavodundakı polipropilen qurğusunun işə salınması planlaşdırılır.
 

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "SOCAR GPC" şirkətinin baş direktorunun müavini Fuad Əhmədov Bakıda keçirilən Xəzər və Orta Asiya Neft Emalı və Neft Kimya (Downstream Caspian and Central Asia) konfransında bildirib.

Onun sözlərinə görə, polipropilen qurğusunda işlərin 95%-i başa çatdırılıb: "Qurğunun işə salınması ilə bağlı artıq sınaq işləri həyata keçirilir. Qurğuda bütün mühəndislik işləri yekunlaşıb".
 
Baş direktorun müavini əlavə edib ki, zavodda istehsal edilən məhsulların 25%-i daxili bazara, digər hissəsi isə ixraca yönələcək: "Əsas bazar kimi Türkiyə nəzərdə tutulub".

O qeyd edib ki, gələn ilin oktyabr ayında isə zavoddakı polietilen qurğusu işə salınacaq: "Yüksək sıxlıqlı polietilen qurğusunun quraşdırılması üzrə işlərin 81%-i artıq yerinə yetirilib. Bütün işlər qrafik üzrə həyata keçirilib və büdcə daxilində aparılır ki, bu da olduqca yaxşı göstəricidir".

Tarix
29 Noyabr 2017 [10:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin