Futbol üzrə Dünya Çempionatına 750 minə yaxın bilet satılıb

00:17 - 29 Noyabr 2017 - İDMAN

2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına 742 760 bilet satılıb. Trend-in məlumatına görə, bilet satışlarının birinci mərhələsi başa çatıb. Biletlərin 53 faizi Rusiyada satılıb. Xarici ölkələr arasında isə biletlərin böyük əksəriyyəti ABŞ, Braziliya, Almaniya, Çin, Meksika, İsrail, Argentina, Avstraliya və İngiltərədə satılıb. Bildirilir ki, bilet satışı dekabrdan aprelədək davam edəcək. Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Xatırladaq ki, püşkatma mərasimi dekabrın 1-də baş tutacaq.

Xəbər xətti