Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edilib

17:04 - 28 Noyabr 2017 - SİYASƏT

Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.

Bu barədə Ucnoqta.az "Report"un Rusiya bürosuna istinadən xəbər verir.

Belə ki, ÜAK-ın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verilən kassasiya şikayəti təmin edilməyib.

Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.
Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.

Xəbər xətti