Dövlət Kukla Teatrından növbəti sosial aksiya

16:14 - 28 Noyabr 2017 - Mədəniyyət

“Oyuq”çular “Kəpənəyin yuxusu”nda

 Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti sosial aksiyanı həyata keçirməklə özünün maarifləndirmə missiyasını davam etdirməkdədir. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip və tamaşa hazırlamaqla ictimaiyyətin diqqətini bu vacib məsələyə yönəltməyə çalışıb. 

Noyabrın 30-da baş tutacaq bu tədbirdə ilk olaraq “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip-musiqili çarx tamaşaçıların ixtiyarına veriləcək. Sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aid mahnının ekran həlli olan klipdə studiyanın yetirmələri ilə yanaşı peşəkər aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünə inam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru Səidə Haqverdiyevadır. 
BMT-nin Əhali Fondu, “Park Bulvar” və UAFA-nın dəstək olduğu ideyanın reallaşdırılmasında əsas məqsəd fiziki məhdudiyyətli uşaqların digər həmyaşıdları ilə ünsiyyətini təmin etməık və maneəsiz inteqrasiyasını təmin etməkdir.

Təqdimatın ardınca tamaşaçılara “Oyuq”çuların ifasında müzkl təqdim olunacaq. Xalq şairi Nigar Rəfibəylinin yaradıcılığından “Kəpənək yuxusu”na müraciət edən yaradıcı heyət onun əsasında müzikl hazırlayıb. Bu səhnə işnini quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə işində uşaqlara təbiətə, ətraf aləmə sevgi, qayğı və diqqətin təlqin olunur.
Tamaşanın ardınca studiya fəallarının ifasında rəngarəng konsert proqramı da təqdim olunacaq.
 

Xəbər xətti