Ana səhifə
20 İyun 2018

Xaçmazın Qıraqlı kəndi içməli su ilə təmin olunub

Ucnoqta.az APA-nın şimal bürosunun verdiyi məlumata istinadən bildiri ki, açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı İlham Əliyev, iş icraçıları və kənd sakinlər iştirak ediblər.

 
Tədbirdə məlumat verilib ki, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən kənddə əvvəlki su xəttinin çox hissəsi sıradan çıxmışdı. Bu  xətt  izolyasiya olunmadığından qış aylarında donur və kəndə ümumiyyətlə, su gəlmirdi.
 
Yeni layihə çərçivəsində kəndə 4 min 100 metr uzunluğunda yeni içməli su xətti çəkilib. 16 və 25 kubmetr tutumu olan iki su anbarı inşa edilib. Layihə baş çatdıqdan sonra Qıraqlı icmasının 2 min 922 nəfər sakini keyfiyyətli içməli su ilə tam təmin olunub.
 
Rayon İH başçısı Şəmsəddin Xanbabayev, deputat İlham Əliyev çıxışlarında kənd sakinlərini təbrik ediblər. Kənd sakinləri problemlərinin həllinə görə aidiyyatı qurumlara təşəkkürlərini bildiriblər.
 
Qeyd edək ki, kənddə su Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində “İçməli su xəttinin təmiri” layihəsi çərçivəsində çəkilib.

Tarix
28 Noyabr 2017 [15:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin