Ermənistan əsgərin meyitini Azərbaycana qaytarıb

14:08 - 28 Noyabr 2017 - SİYASƏT

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən Azərbaycana qaytarılıb.

Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, onun meyiti Naxçıvanda təmas xəttində təhvil verilib.

Qeyd edək ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyiti noyabrın 23-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Daha sonra meyit Ermənistan tərəfindən götürülmüşdü. 
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası B.Cəlilbəylinin meyitinin qaytarılması üçün beynəlxaq təşkilatlara müraciət etmişdi.

Xəbər xətti