Zlatan İbrahimoviç Türkiyədə əməliyyat olunacaq

18:48 - 28 Noyabr 2017 - İDMAN

 İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Zlatan İbrahimoviç Türkiyədə əməliyyat olunacaq.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, 37 yaşlı isveçli forvard burnunun formasını dəyişdirməyi düşünür. O, İsveç yığmasında komanda yoldaşı olan türk əsilli Erkan Zenginin vasitəçiliyi ilə İstanbuldakı klinikalardan birinə müraciət edib. Estetik əməliyyatın ən qısa zamanda baş tutacağı bildirilir. Qeyd edək ki, Zlatan İbrahimoviç 2015-ci ilin yayında ov etmək məqsədi ilə Azərbaycanda olub.

Xəbər xətti