Ana səhifə
17 Noyabr 2018

Rövnəq Abdullayev Yunanıstanda ofis açır

Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın paytaxtı Afinada ofis açmağa qərar verib.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu Yunanıstanın “Bridging Europe” nəşrinə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
 


R. Abdullayev sözlərinə görə, Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi prosesində ARDNŞ tenderin iştirakçısı olan əsas iddiaçı olmaqda davam edir: “Önümüzdəki bir neçə ay ərzində əməliyyatın tam başa çatdırılması gözlənilir. DESFA Avropa İttifaqına üzv olan ölkələrin ərazisində bu miqyasda olan ARDNŞ-in ilk layihəsidir və biz bu yolda yunan tərəfdaşlarımızla əməkdaşlıq etdiyimiz üçün çox xoşbəxtik”.


 
Şirkət rəhbəri qeyd edib ki, Yunanıstanın Trans-Adriatik qaz kəmərinin (TAP) keçdiyi ölkələrdən biridir və bu layihəsinin həyata keçirilməsində əsas rol oynayır: “Yunanıstanda artan aktivlərimizin bir nəticəsi olaraq, biz Afinada ölkə ofisi açmağa qərar vermişik. Bizim mövcud həmkarlarımızla əlaqəmizi idarə etmək və Yunanıstanda daha çox iş imkanları əldə edə biləcəyimizi nəzərə alaraq, “SOCAR Energy Greece SA” şirkəti tamamilə qurulduqdan sonra, bu iş daha asan olacaq”.
 


R. Abdullayev deyib ki, Yunanıstan Azərbaycan üçün etibarlı strateji tərəfdaşdır.(Axar.az)

 

Tarix
25 Noyabr 2014 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin