Ana səhifə
26 Aprel 2018

Filipe Luis:: ""Qarabağ"la oyundan sonra ..."

 İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri oyunlardan sonra keçirdiyi hissləri etiraf edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi "Cadena Ser" radiosuna açıqlama verib.

32 yaşlı müdafiəçi deyib ki, Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".
Təcrübəli oyunçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu da vurğulayıb: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".


 Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" komandası birinci yeri tutub və Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir. Filipe Luis 2014-2015 mövsümündə "Çelsi"də çıxış edib.   

Tarix
28 Noyabr 2017 [11:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ