Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verililr

10:55 - 28 Noyabr 2017 - İDMAN

 İlk olaraq Topaz Premyer Liqanın və birinci divizionun liderləri - "Qarabağ"la "Qaradağ Lökbatan" üz-üzə gələcək

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
 İlk olaraq Topaz Premyer Liqanın və birinci divizionun liderləri - "Qarabağ"la "Qaradağ Lökbatan" üz-üzə gələcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Günü digər matçında isə "Neftçi" birinci divizion təmsilçisi "Zaqatala"nı qəbul edəcək. Matçın start fiti 17:00-da veriləcək.
1/8 final mərhələsi bir oyundan ibarətdir. Odur ki, qalib gələn tərəf 1/4 finala yüksələcək.
 

Qeyd edək ki, mərhələnin digər 6 matçı sabah keçiriləcək.
 
 
28 noyabr (çərşənbə axşamı)
Azərbaycan kuboku
1/8 final
 
16:00. “Qarabağ” – “Qaradağ Lökbatan”
“Azərsun Arena”
 
17:00. “Neftçi” – “Zaqatala”
8-ci km qəsəbə stadionu
 
 
29 noyabr (çərşənbə)
 
13:30. “Şüvəlan” – “Səbail”
“AZAL Arena”
 
13:30. MOİK – “Keşlə”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
13:30. “Kəpəz” – “Binə”
“Dalğa Arena”
 
14:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu
 
16:00. “Sumqayıt” – “Sabah”
Sumqayıt şəhər stadionu
 
16:00. “Zirə” – “Xəzər”
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti