Ana səhifə
14 Noyabr 2018

Bakıda qonşular arasında atışma: 6 yaralı - (FOTOLAR)

Bu gecə Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib.

APA-nın məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib. Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan “Vinçestr” tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib. Yaralılar yaxınları tərəfindən dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə polislər gəlib.

Polislər maddi sübut kimi hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüblər. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Tarix
9 Oktyabr 2014 [10:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin