Azərbaycan "Patent haqqında" qanuna dəyişiklik edəcək

10:17 - 28 Noyabr 2017 - İQTİSADİYYAT

Azərbaycanın "Patent haqqında" qanununa dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanır.

Ucnoqta.az "Report"-a istinadən bildirir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bu gün Bakıda keçirilən "Patent hüquq müqaviləsi və onun tətbiqi" mövzusunda seminarda çıxışında qeyd edib.
"Patent haqqında" qanuna dəyişiklik qaçılmazdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspettlərinin iştirakı ilə "Patent haqqında" qanun nəzərdən keçirilib. "Paten hüququ" sazişinə uyğiunluq baxımından zəruri dəyişikliklərdən ibarət təkliflər layihəsi hazırlanır. Layihə yekun mərhələdədir", - komitə sədrinin müavini qeyd edib.

Xəbər xətti