Ana səhifə
27 Aprel 2018

Çində yüksək rütbəli hərbçi intihar edib

Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının (MHŞ) üzvü general Can Yan evində intihar edib.
 

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, intihar noyabrın 23-də baş verib, amma ictimaiyyətə bu gün açıqlama verilib. Bildirilir ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları onun haqqında təhqiqata başlamışdı. Güman olunurdu ki, Can Yanın Mərkəzi Hərbi Şuranın keçmiş sədr müavini işləmiş və sonradan korrupsiya əməllərinə görə ömürlük həbs cəzasına məhkum edilən general Quo Bosion və MHŞ-nın keçmiş sədr müavin işləmiş, sonradan haqqında korrupsiya əməlinə görə açılan cinayət işinin gedişində vəfat edən general Su Çayxou ilə əlaqəsi olub.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının sədri, Kommunist Partiyasının baş katibi Si Cinpindir.

Tarix
28 Noyabr 2017 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ