Mikayıl Cabbarov Təhsil şöbəsinə yeni müdir təyin etdi

18:11 - 27 Noyabr 2017 - ÖLKƏ İÇİ

Lənkəran Şəhər Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

 

"Report"un Cənub bürosu xəbər verir ki, bu vəzifəyə Aslan İbrahimov təyin olunub. A.İbrahimov bundan əvvəl Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru olub. 

 

Qeyd edək ki, bir müddət əvvəl Təhsil Şöbəsinin əvvəlki müdiri Şəhanə Əhmədova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. 

Xəbər xətti