Putin Azərbaycandakı səfiri vəzifəsindən azad etdi

16:47 - 27 Noyabr 2017 - SİYASƏT

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib.

 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, V.Doroxin 2009-cu il fevralın 24-dən bu vəzifədə çalışırdı.

Xəbər xətti