Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunub

16:32 - 27 Noyabr 2017 - Mədəniyyət

Azərbaycanlı rejissorlar İlqar Nəcəfin “Nar bağı” və Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmləri 9-cu Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunub.
 

Ucnoqta.az Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a verilən məlumata istinadən bildirir ki, festivalda ölkəmizi kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İbrahimli Vüqar təmsil edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan hər iki film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalıdır.

“Nar bağı” filminin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

“Üçüncü günün adamı” filminin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.


Xəbər xətti