Messi: “Ronaldo ilə dost olacağıma inanmıram”

21:32 - 27 Noyabr 2017 - İDMAN

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın futbolçusu Kriştino Ronaldonun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, “Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.
O qeyd edib ki, Ronaldo ilə dost olacağını düşünmür: “İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orda söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.

Xəbər xətti