Ana səhifə
22 Yanvar 2018

İtaliyanın iki komandasının baş məşqçisi istefaya göndərilib

Futbol üzrə İtaliya A seriyasının XIV turundan sonra iki komandada baş məşqçi istefası gerçəkləşib. 

Ucnoqta.az “Report”-a istinadən xəbər verir ki, “Milan” və “Sassuolo” klublarının rəhbərliyi uğursuz nəticələr səbəbindən bu addımı atıblar. 
Vinçentso Montella ilə yollarını ayıran “Milan” komandanın sükanı arxasına əvəzedici heyətə rəhbərlik edən Cennaro Qattuzonu gətirib. “Sassuolo” isə Kristian Bukkinin işinə xitam verib. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək. 

Qeyd edək ki, Vinçentso Montella 2016-cı ilin yayından “Milan”ın baş məşqçisi vəzifəsində çalışırdı. “Qırmızı-qaralar” 14 turdan sonra 20 xalla 7-ci sıradadır. Kristian Bukki isə iyundan “Sassuolo”ya rəhbərlik edirdi. Onun baş məşqçisi olduğu komanda 11 xalla 16-cı pillədə qərarlaşıb.

Tarix
27 Noyabr 2017 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ