Məşhur türk serialında Azərbaycanla bağlı səhnə - "Bu bayraq da bizimdir"

20:20 - 27 Noyabr 2017 - MAQAZİN

Hər bazar günü FOX kanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycanla bağlı səhnələrə yer verilib. 

Ucnoqta.az Axşam.az-a istinadən məlumat verir ki, terrorçular Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisi qaçırır. Türkiyə xüsusi təyinatlıları isə Azərbaycanın qardaş ölkədəki səfirinin istəyi ilə onları xilas etməyə yollanır. Komandir Azərbaycan bayraqlarını qollarına taxması üçün payladığı əsgərlərə “Bir çiyninizdə türk bayrağı var, digərinə bunu taxmağınızı istəyirəm” deyir. Daha sonra isə əsgərlərə müraciətini belə davam etdirir: 

“Sizə verdiyim Cənubi Afrika, Avstriya bayrağı olsaydı, taxardınızmı?”. Təyinatlılardan “yox” cavabı alan komandir “Çünki bu bayraq da bizimdir” deyir. 

Xəbər xətti