Ana səhifə
26 Aprel 2018

Hiroşimada nüvə tərksilahına həsr edilən beynəlxalq görüş keçirilir

Yaponiyanın atom bombardmanından zərər çəkmiş Hiroşima şəhərində noyabrın 27-də nüvə tərksilahına həsr edilən beynəlxalq görüş keçirilir.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə nüvə silahına malik olan ölkələrlə bu silahın olmadığı ölkələr arasında getdikcə genişlənməkdə olan fikir ayrılığının aradan qaldırılması yolları müzakirə edilir.

İki gün davam edəcək görüşün təşkilatçısı Yaponiya Xarici İşlər Nazirliyidir. Görüşdə nüvə silahına malik olan və olmayan ölkələrdən ekspertlər, eyni zamanda, Hiroşima və Naqasakidən ictimaiyyət nümayəndələri iştirak edirlər.

Görüşün ilk günündə nüvə tərksilahı üzrə status-kvonun və nüvə silahlarının ləğvi ilə əlaqədar yol xəritəsinin qəbulu nəzərdə tutulur. Həmin gün iştirakçıların Sülh Xatirə Muzeyini ziyarət etməsi və bombardamanın canlı şahidləri ilə görüşü də gözlənilir.

Yaponiya dünyada atom bombardmanına məruz qalan yeganə ölkədir. Bunu nəzərə alan yapon hökuməti bəyan edib ki, o, nüvə silahına malik olan ölkələrlə bu silahın olmadığı dövlətlər arasında körpü rolunu oynamağa çalışacaq.

Tarix
27 Noyabr 2017 [13:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ