Kosta Rikanın Azərbaycanda səfirliyi açılır

13:22 - 27 Noyabr 2017 - SİYASƏT

Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan Respublikasında səfərə gələcək.

XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

 

Xəbər xətti