Məşhur məktəbə yeni direktor təyin olundu

13:18 - 27 Noyabr 2017 - ÖLKƏ İÇİ

Bakının məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyə yeni direktor təyin olunub. 

 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, məktəbin direktoru Yaqut Məmmədova vəzifəsindən çıxarılıb.

Onu əməkdar müəllim Səadət Veysova əvəzləyib.

 

Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva dərs ilinin ilk günündə 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak etmişdi.

 


Xəbər xətti