Ana səhifə
15 Noyabr 2018

Kanada təyyarələri yaxın şərq səmasında

Kanada hərbi kontingenti ABŞ rəhbərliyindəki İŞİD-lə mübarizə koalisiyasına qoşulmaq üçün bölgəyə gəlib. ANS PRESS-in məlumatına görə, müdafiə naziri Rob Nikolson Kanadadan havalanan 10 təyyarənin bölgəyə çatdığını bildirib.
“Kold Layk (Cold Lae) hərbi bazasından qalxan 6 “CF-18” qırıcı təyyarəsi Küveytə, Trenton hərbi bazasından qalxan 1 “CC-150” tanker təyyarəsi, Greenwood bazasından qalxan 2 “CP-140” Avrora müşahidə təyyarəsi və 1 xüsusi havada yanacaq doldurma təyyarəsi Bəhreynə çatıb” – deyə nazirin bəyanatında qeyd edilib. 
Bəyanatında İŞİD-in sadəcə bölgə üçün yox, Kanada üçün də milli təhdid halına gəldiyini bildirən Rob Nikolson kontingentin tərkibindəki 600 hərbçini də cəsarətlərinə görə təbrik edib. 
Kanada ordusuna aid hərbi birliklər Bəhreyndəki koalisiya hava əməliyyatı mərkəzindən idarə olunacaq. 

Tarix
9 Oktyabr 2014 [10:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin