Renat Dadaşov Almaniyada qol vurub

00:41 - 27 Noyabr 2017 - İDMAN

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XIII turunda millimizin hücumçusu Renat Dadaşov qol vurub.

 

Ucnoqta.az xəbər verir ki, Qol.az-ın məlumatına görə, o və digər futbolçumuz -  U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası “Haydenhaym”ı qəbul edib. Qonaqların qalib gəldiyi (3:1) matçda Renat komandasının yeganə qoluna imza atıb.
 
Qeyd edək ki, 12 matçdan 15 xalı olan “Ayntraxt” 9-cu yeri tutur. 

 

Xəbər xətti