Qubada maşın körpüdən çaya düşüb - 5 nəfər xəsarət alıb

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb. 

 

 

Ucnoqta.azAPA-nın şimal bürosunun verdiyi məlumata, hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.

 

Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü - 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Tarix
26 Noyabr 2017 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin