Konte bu 3 futbolçunun “Qarabağ”la oyunundan razı qalıb

17:45 - 26 Noyabr 2017 - İDMAN

“Çelsi”nin baş məşqçisi Antonio Konte bu həftə Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı matçda komandasının üç futbolçusunun oyununu xüsusi qeyd edib.

 

Ucnoqta.az xəbər verir ki, Qol.az-ın xəbərinə görə, dünən “Liverpul”la Premyer Liqanın 13-cü turunun səfər qarşılaşmasından (1:1) sonra keçirilən mətbuat konfransında o deyib: “Villian, Fabreqas və Pedro “Qarabağ”la oyunda meydanda idilər. Villian 2, Fabreqas 1 qol vurdu. Pedro da yaxşı oyun keçirdi. Bu gün mən onları qorumaq üçün ehtiyatda saxladım. Sonra isə lazımi məqamda oyuna daxil etdim ki, komandanın oyununu gücləndirsinlər. Belə də oldu”.

Qeyd edək ki, adları çəkilən futbolçular “Liverpul”la görüşdə meydana ikinci hissədə daxil olublar. 85-ci dəqiqədə isə Villian cavab qolu vuraraq hesabda geridə olan komandasını məğlubiyyətdən qurtarıb.

Xəbər xətti