Ana səhifə
20 İyul 2018

Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb.

 

Ucnoqta.az Apasport.az saytına istinadən məlumat verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 48 komanda 12 qrupa bölünüb.

Azərbaycan millisi II qrupunda yer alıb. Yığmamız İsveçrə, Türkiyə və Kipr komandaları ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyinə hələlik aydınlıq gəlməyib.

 

Bu mərhələnin matçları 2018-ci il avqustun 27-dən sentyabrın 4-dək və ya oktyabrın 1-9-da keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Fransa və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.

 

Qeyd edək ki, AVRO-2019-un final mərhələsi Şotlandiyada keçiriləcək.

 

Tarix
24 Noyabr 2017 [17:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin