Ana səhifə
18 Dekabr 2017

İstehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Noyabrın 24-də Salyanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfransı keçirilib.


 İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışıb, Xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə məlumatlar yayılır, ticarət və iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı istehlakçıların elektron ünvannına bildirişlər göndərilir, ticarət, iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.


Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. 
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Tarix
24 Noyabr 2017 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ