Ana səhifə
16 Dekabr 2017

Çində insanı səsinə görə tanıyan sistem hazırlanır

Çinin “SpeakIn” startapının yaradıcıları insanı səsinə görə tanıyan sistem üzərində işləyirlər.

Texnologiya insanın səsinin unikal xarakteristikalarını müəyyən edir. Sistemə insanı müəyyən etmək üçün cəmi bir neçə saniyə lazımdır.

AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, “səs izləri” tamamilə fərdiləşdirilib və əlavə bioloji identifikator kimi xidmət edə bilər. Texnologiya, ilk növbədə, təhlükəsizlik sistemlərinin yaradılması üçün faydalı olacaq. Məsələn, sistem cinayətkarları tanıya və izləyə biləcək. “SpeakIn” səslərin məlumat bazasının yaradılması üçün Çin polisi ilə sıx əməkdaşlıq edir.

“SpeakIn” artıq bir sıra böyük investorları cəlb etməyə nail olub. Hazırda şirkətlə “Lenovo”, “Tencent”, “Asus”, “China Merchants Bank” əməkdaşlıq edir.

Tarix
24 Noyabr 2017 [16:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ