Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

16:26 - 24 Noyabr 2017 - Xəbər

Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib. O qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.

Xəbər xətti