Tofiq Quliyev Teatr Xadimləri İttifaqında anılacaq

16:08 - 24 Noyabr 2017 - Mədəniyyət

Noyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.


Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşacaq tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, ömür yolundan bəhs edən videoçarx nümayiş olunacaq. Eyni zamanda, tədbirdə T.Quliyevin həyat və yaradıcılığından danışılacaq, milli musiqimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Tədbir Milli Konservatoriyanın tələbələrinin ifasında konsert proqramı ilə davam edəcək.

Xəbər xətti