Ana səhifə
25 Sentyabr 2018

“Validə Sultan” ANS-də - VIDEO

“Mən öz ölkəmdən ayırmadığım bir yerdəyəm. Özümü öz evimdə hiss edirəm”.

 

 

Ucnoqta.az Anspress-ə istinadən xəbər verir ki, bu sözləri rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin çəkilişləri üçün hazırda Bakıda olan Nebahat Çehrə deyib. Türkiyənin məşhur aktrisası, “Möhtəşəm yüzyıl” serialının Validə Sultanı olan Nebahat Çehre “Salam Azərbaycan” verilişinin qonağı olub.

 

Aktrisa rol aldığı “Qanlı Yanvar” filmindən də bəhs edib. O, bildirib ki, filmin ssenari çox gözəl yazılıb və filmdə ana rolunu ifa edəcək. Onun sözlərinə görə, bu dəfəki ana rolu daha fərqlidir. "Buradakı ana sadə, makiyajsız, ailəsi, nəvəsi ilə bir yerdə olmaq üçün mübarizə aparan qadındır".

 

Nebahat Çəhrə aparıcının “Aktrisalar adətən kaprizli olur, siz necə, eləsinizmi?” sualına “xeyr” cavabını verib. “Çəkiliş meydanında kapriz söhbəti ola bilməz. Aktrisa, aktyor film yoldaşlarına , rejissora hörmət etməlidir. Uğurlu bir iş alınması üçün də nizam intizam olmalıdır. Mən indiyə kimi 110 film və seriallarda rol almışam. Heç vaxt da 5 dəqiqə də olsun gecikməmişəm”.

 

Nebahat Çəhrə ona verilən qonorarla bağlı suala da özünəməxsus cavab verib. “Əgər ssenari mənim xoşuma gəlməsəydi, həyəcanlandırmasa idi, heç vaxt bu filmə çəkilməyə razılıq verməzdim. Mən də sizlər qədər həyəcanlıyam. Əminəm ki, sonda uğurlu film olacaq”.

 

 

Tarix
25 Noyabr 2014 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin