İranda baş vermiş zəlzələ nəticəsində 36 nəfər xəsarət alıb

15:38 - 24 Noyabr 2017 - DÜNYA

Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb.

Bu barədə Ucnoqta.az "Report"a istinadən xəbər verir.

Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına ziyan dəyib.

Əyalətin Böhran Vəziyyəti üzrə Xidmətinin nümayəndəsi Reza Əryainin sözlərinə görə, insanlar evlərini tərk etmək istədikdə xəsarət alıblar.

Məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsindən sonra yalnız 2 nəfər tibb müəssisəsində saxlanılıb, digərləri ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Xəbər xətti