Ana səhifə
15 Dekabr 2018

Azərbaycanlı modelyerin "Atropatena Fashion Night" adlı moda gecəsi - FOTOLAR

"Addım Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun "Atropatena Fashion Night" adlı moda  nümayişi baş tutub.

 

 

Gecədə modelyerın ekslüziv olaraq Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxln geyimi nümayiş olunub. Geyimləri  tanınmış modaçı Lyubov Gutorovanın rəhbərlik etdiyi FMS models agentliyinin modelləri nümayiş etdirib. Gecəni giriş sözü ilə "Addım Gənclər Təşkilatı"nın  sədri Hüseyn Cavadzadə açıb və  gənc modelyerın yaradıcılıq üstünlüklərindən də başqa diasporamızda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb. Daha sonra sonra Norveç Krallığının  Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib. Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20  dəqiqə ərzində  davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Gecənin  davamında 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış  edib.

Qeyd edək ki, bundan öncə  Avropa ölkələri və Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Aərbaycanda ilk moda gecəsi idi.

 

 

Rəqsanə

Tarix
25 Noyabr 2014 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin