Ana səhifə
16 Oktyabr 2018

Radio və TV-də aparılan monitorinqin nəticələri

Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair konfrans keçirilib. 

 

 

Ucnoqta.az xəbər verir ki, apa-nın məlumatına görə, monitorinq “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına necə riayət etməsi ilə bağlı aparılıb.  

Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirakı ediblər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinq zamanı ədəbi dil normaları ilə bağlı nöqsanların sayının azalması müşahidə edilib və bu, yaxşı haldır.  O bildirib ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyətinə nəzarət mexanizmi yoxdur, MTRŞ də bu nəzarəti apara bilməz: “Bu gün nöqsanların sayının azalması bədii şuraların fəaliyyətinin müsbət nəticələri olduğunu göstərir. Ancaq problemlərdən biri odur ki, bu gün də fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar var. Bəzən efirə dəvət olunan ziyalılar, sənətkarlar fikirlərini Azərbaycan dilində deyə bilmirlər, bu, təəssüf doğurur”.

N. Məhərrəmli xatırladıb ki, Azərbaycan dili ərəb, fars və Avropa dillərindən keçmə sözlərlə zəngindir: “Bu, problem deyil. Sadəcə, Azərbaycan dilində qarşılığı varsa, o sözlər işlədilməlidir”.

MTRŞ sədri qeyd edib ki, Azərbaycan teleməkanında narahatlıq doğuran hallar qalsa da, əvvəlki dövrlərlə müqayisədə belə hallar azalıb: “Narahatlıq doğuran şouların sayı da azalıb. Televiziya kanallarının sahibləri bildirirlər ki, milli-mənəvi dəyərlərimizə uyğun verilişlər efirə verilməlidir. Ancaq hazırkı dövrdə bu, elə də asan deyil. Həm reklam, həm kadr çatışmazlığı bu problemi birdən-birə həll etməyə imkan vermir. Hazırda Azərbaycanda 10 telekanal var və təbii ki, müəyyən nöqsanlar tapmaq mümkündür. Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli telekanallarda heç nə olmadığı, xarici telekanallara baxmağın daha yaxşı olduğu təəssüratı yaranıb. Ancaq telekanallarımızda müsbəti tendensiyalar da müşahidə olunur. Aparıcılar Azərbaycan ədəbi dini səlis bilməli, ləhcə ilə danışmamalıdır. Monitorinqin nəticələri göstərir ki, telekanallar belə hallara diqqət yetirirlər”.

 

Tarix
25 Noyabr 2014 [11:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin