Kəmaləddin Heydərov Zərdabda vətəndaşları qəbul edib

18:36 - 24 Noyabr 2017 - ÖLKƏ İÇİ

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında bölgə vətəndaşlarını qəbul edib.

 

 

Ucnoqta.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, müraciətlərin bir qismi yerində həllini tapıb, bəzi müraciətlərin operativ həll edilməsi üçün nazir əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

 

 

 

Xəbər xətti