Masallıda avtomobil qaçıran şəxs tutulub

13:44 - 24 Noyabr 2017 - HADİSƏ

Masallı rayonunda avtomobil qaçıran şəxsin üzərindən narkotik aşkar edilib. Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-yaa verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov rayon Polis Şöbəsində müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırıldığını bildirib.

 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini, 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub.
Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib. M.Sadıxovun üzərinə baxış keçirilərkən heroin aşkar edilərək götürülüb.
 

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xəbər xətti