Ana səhifə
22 Sentyabr 2018

Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib

 Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.

İqdisadiyyat Nazirliyindən Ucnoqta.az-a verilən verilən məlumata görə, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 6-cı iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında və məhəllələrində Almaniya şirkətlərinin iştirakı imkanları, əczacılıq, turizm, enerji, neft-qaz, təhsil, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı layihəsinin icrası, Azərbaycan məhsullarının Almaniya bazarına ixracı və bir sıra digər məsələlər müzakirə olunub.
 
İşçi Qrupun həmsədri Samir Vəliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr inkişaf edir. Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı siyasi əlaqələrin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. 

 Qeyd olunub ki, hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 496,9 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə təhsili kompleksində alman modelində peşə təhsilinin yaradılması üzrə işlər davam etdirilir. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2017-ci illərdə 320-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.
Bu il Azərbaycanın ixrac missiyası Almaniyada olub, ölkəmiz Almaniyada keçirilən “Prowein” beynəlxalq şərab sərgisində və “Anuga” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendi ilə təmsil olunub. Bu tədbirlər çərçivəsində imzalanan müqavilələr, əldə olunan razılaşmalar iki ölkə arasında ticarət dövriyyəsinin artmasına töhfəsini verəcəkdir.

 Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən Samir Vəliyev bildirib ki, uğurla aparılan iqtisadi islahatlar davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradıb. Bu tədbirlər ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırır. Qazanılan uğurlar beynəlxalq hesabatlarda da öz əksini tapır.
Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb, Almaniya iqtisadiyyatına və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
İclasda Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri, həmçinin işğal olunmuş ərazilərdə alman şirkətlərinin fəaliyyəti və bir sıra digər məsələlər də müzakirə olunub.

 

Tarix
24 Noyabr 2017 [21:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin