Ana səhifə
18 Dekabr 2017

Azərbaycanla sərhəddə atışma -Deputat öldü yaralananlar var -DİN

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.

 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib.

Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatı Eldar Yaraliyevdir.

Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.

Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb. 

Münaqişədə 8 nəfər iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

***

“Tass.ru” xəbər verir ki, silahlı insidentlə bağlı 6 nəfər saxlanılıb. 

“Konfliktdə 15-ə yaxın şəxs iştirak edib. Onlardan ikisi ölüb, ikisi xəstəxanadadır, altısı isə saxlanılıb”,- deyə DİN-dən olan mənbə bildirib.

 

 

 

Tarix
24 Noyabr 2017 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ