Ana səhifə
17 Yanvar 2018

“Çelsi” azarkeşləri: "Bu günə qədər gördüyümüz ən pis hakimdir"

 “O hakim UEFA lisenziyasını necə alıb?!”


Çempionlar Liqasının 5-ci turu çərçivəsində təmsilçimiz “Qarabağ”ı 0-4 hesabı ilə məğlub edən “Çelsi” komandasının azarkeşləri qarşılaşmanın hakimi Manuel De Souzanı sərt tənqid ediblər.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, klubun İnstaqramdakı fan klub səhifəsi hakimin oyundakı sərt qərarlarına üsyan ediblər. Onlar portuqaliyalı hakimin haqsız qərarlar qəbul etdiyini bildiriblər: “Bu adı xatırlayıram: Manuel De Souza. Bu günə qədər gördüyümüz ən pis hakimdir. İlk epizodda cərimə var idi, amma qırmızı vərəqə verməyə ehtiyac yox idi. İkinci cərimə hətta heç cəza da deyildi. Burada sadəcə köynək dartmaq var idi.
Bu hakimin UEFA lisenziyasını necə aldığını bilmirəm!”


Qeyd edək ki, matçın 18-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadiqov “Çelsi”nin yarımmüdafiəçisi Villiana müdaxilə etmiş, hakim bu faulu sərt cəzalandıraraq kapitana qırmızı vərəqə vermişdi. “Qarabağ”ın qapısına isə penalti zərbəsi təyin etmişdi. Hakim bununla kifayətlənməyərək oyunun irəliləyən dəqiqələrində mərkəz müdafiəçisi Qara Qarayevin səhvinə də penalti təyin etmişdi.

Tarix
24 Noyabr 2017 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ