Akif Əlizadə: “Yaşlı, yaşayış şəraiti yaxşı olmayan alimlər də evlə təmin olunacaq”

14:39 - 23 Noyabr 2017 - Cəmiyyət

A.Əlizadə qeyd edib ki, "Science City" nin tikintisi 2 ilə yekunlaşdıracaq

"Alimlər üçün tikiləcək şəhərcikdə Təhsil Nazirliyi sistemində işləyən alimlərə də ev veriləcək". Ucnoqta.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, "Science City" şəhərciyində layihə üzrə üç-dörd 12-14-16 mərtəbəli böyük binaların tikintisi nəzərdə tutulub: "Güman edirəm ki, orda akademiyanın gənc alimləri üçün yaxşı yaşayış şəraiti quracağıq. Bundan başqa, elmimizə böyük töhfələr vermiş yaşlı alimlərimizə də həmin şəhərcikdən ev veriləcək. Həmçinin, yaşayış şəraiti yaxşı  olmayan alimlər də evlə təmin olunacaq".

 
A.Əlizadə qeyd edib ki, "Science City" nin tikintisi 2 ilə yekunlaşdıracaq.

Xəbər xətti