FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb

14:18 - 23 Noyabr 2017 - İDMAN

Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyib

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyib. Hesabat dövrü ərzində heç bir oyun keçirməyən yığma xal hesabını 273-də 281-ə qaldırsa da, 115-ci pillədən 117-ci sıraya enib.


Qeyd edək ki, yeni reytinqdə lider dəyişib. Xalını 1602-yə çatdıran Almaniya zirvəni ələ keçirib. Hesabında 1483 xal olan Braziliya 2-ci sıraya düşüb. Portuqaliya isə 1358 xalla 3-cüdür. report

Xəbər xətti