Ana səhifə
21 Sentyabr 2018

Biləsuvarda pambıq istehsalçılarına və emalçılarına güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumu noyabrın 23-də Biləsuvar rayonunun Aşagı Cürəli kəndində keçirib.


İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.


Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 13400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 544,4 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 965 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Biləsuvar rayonundan olan 737 sahibkara 33 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Biləsuvarda dövlətin güzəştli krediti ayrılan pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib. 

Tarix
23 Noyabr 2017 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin