Parlament hökumətə vaxt verib- büdcə təkliflərini dəyərləndirmək üçün

13:24 - 23 Noyabr 2017 - Xəbər

Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.

 
Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.
 
Maliyyə naziri Samir Şərifov deyib ki, millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.

Xəbər xətti